İrana qanunsuz keçmək istəyən 2 qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İrana qanunsuz keçmək istəyən 2 qadın saxlanıldı

Maraqlı

24 Oktyabr 2022 13:18 924


Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları - 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar. 

Bu barədə Yenisabah.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyədən deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib. pizza mizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!