İrana qarşı müharibə 21 gündə ABŞ-nin 27 milyard dollarını udub

saytların hazırlanması

Evə çatdırılma

İrana qarşı müharibə 21 gündə ABŞ-nin 27 milyard dollarını udub

Dünya

22 Mart 2026 22:26 602


ABŞ-nin İrana qarşı hərbi xərcləri 21 gündə 27 milyard dolları keçib.

"Yeni Sabah" xəbər verir ki, bu hesablamanı "Iran War Cost Tracker" saytı aparıb.

Hesablamalara martın 11-də "The New York Times"da dərc edilmiş məxfi Pentaqon brifinqinin məlumatları daxildir. pizza sifarişi

Bu məlumata görə, ABŞ İranla müharibənin ilk 6 günündə 11,3 milyard dollar xərcləyib. O zaman senator Kris Kuns hərbi əməliyyatın ümumi xərcinin "hesabat verilən rəqəmdən xeyli çox" olduğunu bildirmişdi. O, müharibənin Vaşinqtona gündə 1,5 milyard dollardan çox başa gəldiyini təxmin etmişdi.

"Iran War Cost Tracker"in təhlili göstərir ki, ABŞ müharibənin ilk 48 saatında təkcə hava hücumundan müdafiə sistemlərinə 10 milyard dollardan çox pul xərcləyib.

"The Washington Post" qəzeti ABŞ-ın İrana qarşı hərbi əməliyyatların ilk iki günündə sursata 5,6 milyard dollar xərclədiyini bildirib. Martın 18-də qəzet Pentaqonun müharibəni davam etdirmək üçün Ağ Evdən 200 milyard dollardan çox pul istədiyini bildirib.

Bu pulun tükənməkdə olan vacib silahların təcili şəkildə artırılması üçün istifadə edilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!