İrana qarşı müharibədə ölən ABŞ hərbçilərinin sayı 7-yə  çatıb

saytların hazırlanması

Evə çatdırılma

İrana qarşı müharibədə ölən ABŞ hərbçilərinin sayı 7-yə çatıb

Dünya

10 Mart 2026 17:33 347


İrana qarşı müharibədə ölən ABŞ hərbçilərinin sayı 7 nəfərə çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müharibə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Müharibədə ölən 7-ci amerikalı hərbçi 26 yaşlı çavuş Benjamin Penningtondur. O, İranın martın 1-də Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan hava bazasına endirdiyi zərbə nəticəsində yaralanıbmış. Çavuş bazar günü hospitalda dünyasını dəyişib. pizza mizza

Qeyd edək ki, şənbə günü ABŞ Prezidenti Donald Tramp İranın Küveytə dron hücumundan sonra müharibənin ilk saatlarında 6 amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!