Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində yaranan məhdudiyyətlərə münasibət bildirib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Yeni Sabah"a açıqlamasında bildirib ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib:
"Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur". Telegram kanalımız