İrana yeni hücumun ŞOK DETALLARI - 30-a yaxın qırıcı, 60-dan çox hərbi sursat...

saytların hazırlanması

Evə çatdırılma

İrana yeni hücumun ŞOK DETALLARI - 30-a yaxın qırıcı, 60-dan çox hərbi sursat...

Dünya

22 İyun 2025 20:24 568


İsrail Hərbi Hava Qüvvələrinə məxsus 30-a yaxın döyüş təyyarəsi 60-dan çox hərbi sursatdan istifadə etməklə İran ərazisində onlarla hərbi obyekti vurub.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( İDF ) sözçüsü məlumat verib.

İDF iddia edib ki, hücum zamanı hərbçilər Yəzd bölgəsində uzaqmənzilli raketlərin saxlandığı komanda mərkəzini vurublar. Paralel olaraq İsfahan, Buşehr və Əhvazda raket buraxılış qurğularına zərbələr endirilib. Dominos pizza

“Həmçinin hava hücumundan müdafiə batareyalarının istehsalında iştirak edən hərbi obyektlərə, Üçüncü briqadanın PUA komanda mərkəzinə və komanda mərkəzi yaxınlığında yerləşən PUA anbarına hücum edilib”, - deyə İDF bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!