İrana zəng etmək istəyənlər sirli mesaj eşidirlər

saytların hazırlanması

Evə çatdırılma

İrana zəng etmək istəyənlər sirli mesaj eşidirlər

Dünya

22 İyun 2025 19:28 757


İrandakı mobil nömrələrə zəng etmək istəyənlər sirli mesaj eşidirlər.

Yenisabah.az oxu.az -a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Salam, dinləməyə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Həyat gözlənilməz sürprizlərlə doludur və bu sürprizlər bəzən bizə sevinc gətirir, bəzən isə meydan oxuyur. Əsası bu çətinlikləri dəf etmək üçün güc tapmaqdır" - mesajda deyilir. Toyuqlu pizza

Sonra 90 saniyə davam edən mesaj dinləyicini gözlərini yummağa və özünü xoşbəxt olduğu bir yerdə təsəvvür etməyə dəvət edir.

Bildirilir ki, bu mesaj iyunun 18-dən bəri xarici ölkələrdən İrandakı mobil telefonlara zəng edən insanlar tərəfindən ən çox eşidilən mesajdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!