İranda 116 nəfər koronavirusdan öldü - İddia

saytların hazırlanması

Evə çatdırılma

İranda 116 nəfər koronavirusdan öldü - İddia

Rəsmi

27 Fevral 2020 21:32 615


İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir. "Yeni Sabah" "Iran International" telekanalına istinadən xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayının 116 nəfər olduğu bildirilir. Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb. Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!