İranda 18 yaşlı gənc həbs edildikdən sonra şübhəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda 18 yaşlı gənc həbs edildikdən sonra şübhəli şəkildə öldü

Hadisə

20 Fevral 2024 20:51 677


İranda 18 yaşlı gənc Aryən Qurbanişenas həbs edilərək İsfahan əyalətindəki Şahrza zindanına köçürüldükdən sonra şübhəli şəkildə ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Aryən 2023-cü il noyabrın 20-də spirtli içki qəbul edib və dostları ilə kiçik münaqişə yaşadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. pizza hut

Qeyd olunub ki, məhkəmə iclasında sağlam olan Aryən həbsxananın karantin bölməsinə köçürülüb. Növbəti gün gəncin cəsədi tapılıb. Tibbi ekspertiza isə gəncin spirtli içkidən zəhərlənməsi nəticəsində beyin ölümü keçirdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!