İranda 18 yaşlı qız edam edilib – İDDİA

saytların hazırlanması

Evə çatdırılma

İranda 18 yaşlı qız edam edilib – İDDİA

Dünya

25 Mart 2026 11:12 1922


Sosial şəbəkələrdə İran rejiminin 18 yaşlı Melika (Melike) Əzizi adlı gənc qızı edam etdiyi barədə məlumatlar sürətlə yayılıb.

“Yeni Sabah” xəbər verir ki, yayılan iddialarda hökmün guya iki gün öncə günorta saatlarında icra olunduğu qeyd edilir. Lakin məsələ ilə bağlı aparılan araşdırma bu məlumatların hələlik təsdiqini tapmadığını göstərir.

Belə ki, nüfuzlu beynəlxalq media qurumları və rəsmi mənbələrdə Melika Əzizinin edamının icra edilməsi barədə hər hansı məlumat yer almır. Əksinə, bəzi hüquq müdafiə resurslarında onun etiraz aksiyaları zamanı saxlanıldığı və barəsində “Allaha qarşı müharibə” (moharebeh) ittihamı irəli sürüldüyü bildirilir. Əslində o aksiyalar zamanı İranın o vaxtkı Ali Dini rəhbəri Əli Xameneinin şəklini yandırmışdı. Dominos pizza

Məlumatlara görə, gənc qız hazırda həbsdədir və edam təhlükəsi ilə üz-üzə qala bilər. Lakin hökmün icra edilməsi ilə bağlı yayılan xəbərlər əsasən sosial şəbəkə paylaşımlarına əsaslanır və rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, son illərdə İranda etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı sərt cəzaların tətbiqi, o cümlədən edam hökmləri beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Bu səbəbdən belə xəbərlər sosial mediada geniş rezonans doğurur, lakin onların doğruluğu hər zaman sual altında qalır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!