İranda 2 namizəd seçkidən vaz keçdi

saytların hazırlanması

Evə çatdırılma

İranda 2 namizəd seçkidən vaz keçdi

Dünya

16 İyun 2021 13:58 900


Seçki ərəfəsində İranda 2 şəxs namizədlikdən imtina edib.

Yenisabah.az IRNA-ya xəbər verir ki, islahatçı siyasi cinahın təmsilçisi Möhsün Mehrəlizadə Daxili İşlər Nazirliyinə yazdığı məktubla prezidentliyə namizədlikdən boyun qaçırdığını bildirib.

Digər bir namizəd mühafizəkar cinahın təmsilçisi Əlirza Zakanidir. Sezar pizza

“Cənab Rəisiyə verilən böyük şansı nəzərə alaraq, bunu ədalətli hesab edirəm. Özüm də ona səs verəcəyəm. Ümid edirəm ki, prezident seçilməsi ilə ölkədə əsaslı islahatlar aparılacaqdır”, – deyə Zakani imtina səbəbini açıqlayıb.

Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!