İranda 35 min nəfər hava çirkliliyindən ölüb

saytların hazırlanması

Evə çatdırılma

İranda 35 min nəfər hava çirkliliyindən ölüb

Dünya

14 Avqust 2025 00:35 536


Son bir ildə İranda 35 min adam havanın çirkliliyi səbəbindən ölüb.

Yenisabah.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Şəhid Beheşti Tibb Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin direktor müavini Abbas Şahsevəni açıqlama verib.

Məlumata görə, havanın çirklənməsi ilə əlaqələndirilən ölümlərin iqtisadiyyata vurduğu ziyan təxminən 14 milyard dollar həcmində qiymətləndirilir. Pepperoni pizza

Qeyd olunur ki, İranda havanın çirklənməsi yüksək qan təzyiqindən sonra ölüm üçün ikinci əsas risk faktorudur və havanın çirklənməsindən ölənlərin sayı siqaretdən ölənlərin sayından daha çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!