İranda 4 deputatda koronavirus aşkarlandı: İclas təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

İranda 4 deputatda koronavirus aşkarlandı: İclas təxirə salındı

Rəsmi

28 Fevral 2020 20:11 856


İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını təxirə salıb. "Yeni Sabah" xəbər verir ki, bunu İslami Şura məclisinin sözçüsü Əsədullah Abbasi deyib. O bildirib ki, ölkədə koronavirus yayıldığı üçün Rəyasət Heyətinin qərarı ilə əlavə məlumat verilənədək hər hansı sessiya keçirilməyəcək. Qeyd edək ki, parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili bu gün səhər "Twitter"dəki səhifəsində parlamentin deputatlarının hamısının koronavirusa görə müayinə olunduğunu yazıb: "290 parlament üzvünün 30-nun müayinə nəticələri açıqlanıb. Onlardan 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq". /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!