İranda 4 nəfər edam olundu

saytların hazırlanması

Evə çatdırılma

İranda 4 nəfər edam olundu

Rəsmi

15 Noyabr 2022 10:27 1172


İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəlucəsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər isə Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər. 

Yenisabah.az “GünAzTV”yə istiadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövrüyəsində ittiham edilərək edam olunublar. pizza mizza

İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!