İranda 4 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda 4 nəfər koronavirusdan öldü

Rəsmi

15 İyun 2022 15:53 1081


İranda ötən sutka ərzində 179 nəfər koronavirusa (COVID-19) yoluxub, 4 nəfər ölüb.

Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 357 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 332 nəfərin vəziyyəti ağır qiymətləndirilir. pizza mizza

Ölkədə indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,6 milyon təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!