İranda 42 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda 42 nəfər koronavirusdan öldü

Rəsmi

28 Mart 2022 14:15 488


İranda ötən sutka ərzində 2 915 nəfər koronavirusa (COVID-19) yoluxub, 42 nəfər ölüb.

Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 063 nəfərə, yoluxanların sayı isə 7 154 003 nəfərə çatıb. Virus daşıyıcılarından 1 513 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Marqarita pizza

İranda indiyədək 6 858 772 nəfər koronavirusdan sağalıb, 49,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 147 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26 milyon təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!