İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID -19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 56 262 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 292 614 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 568 nəfərin vəziyyəti ağırdır. pizza
İranda indiyədək 1 081 736 nəfər koronavirusdan sağalıb, 8,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız