İranda ötən sutka ərzində 79 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 58 189 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 870 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 438 286 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 838 nəfərin vəziyyəti ağırdır. Marqarita pizza
İranda indiyədək 1 229 391 nəfər koronavirusdan sağalıb, 9,44 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız