İranda ABŞ PUA-sının qalıqlarından yeni dron düzəldildi

saytların hazırlanması

Evə çatdırılma

İranda ABŞ PUA-sının qalıqlarından yeni dron düzəldildi

Rəsmi

21 İyun 2022 14:33 979


İranlılar 2019-cu ildə Hörmüzqan əyalətinin cənubunda vurulmuş PUA-nın qalıqlarından Amerikanın "MQ-4C Global Hawk" kəşfiyyat dronunu yığıblar.

Yenisabah.az "AwiaNews" "Telegram" kanalına istinadla xəbər verir ki, İran Silahlı Qüvvələri 3il əvvəl Amerikanın kəşfiyyat pilotsuz təyyarəsini zenit raketi ilə vurub. ABŞ İranın hava məkanını kəşfiyyat məqsəsi ilə dəfələrlə pozub. Məsələn, 2011-ci ildə Amerikanın "RQ-170 Sentinel" kəşfiyyat pilotsuz təyyarəsi İran sərhədlərini keçdikdən sonra ələ keçirilib.

“Bu, əslində "RQ-4"-dən dəyişdirilmiş "MQ-4C" prototipidir. "RQ-4" üç il əvvəl Hörmüzqan əyalətinin cənubunda "Sepah"ın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuşdu. ABŞ pilotsuz təyyarənin İranın hava məkanına daxil olmadığını və İran İnqilab Keşikçiləri tərəfindən beynəlxalq hava məkanında olduğunu iddia edir", - deyə xəbərdə qeyd olunur. pizza

Xatırladaq ki, "MQ-4C Triton" ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun mənzilli və yüksək hündürlükdə kəşfiyyat aparan dronudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!