İranda aksiyalar başladı: Əhali küçələrə axışdı

saytların hazırlanması

Evə çatdırılma

İranda aksiyalar başladı: Əhali küçələrə axışdı

Rəsmi

06 İyul 2021 16:12 5420


İran Əfqanıstanın Herat vilayətinə elektrik enerjisi nəqlini dayandırıb.

Yenisabah.az xəbər verir ki, bunu İranın Elektrik Paylayıçı şirkətinin baş direktoru Abuzər Salehi bildirib.

Onun sözlərinə görə, buna səbəb İranda elektrik enerjisi təminatı sahəsində yaranan çatışmazlıqdır. pizza sifarişi

Baş direktor qeyd edib ki, Əfqanıstanın Herat vilayətinin elektrik enerjisinə olan ehtiyacının 70 faizi İran tərəfindən təmin edilir.

Bir neçə gündür İranın bir sıra şəhər və rayonlarında elektrik enerjisi təminatında yaranan fasilələrə görə etiraz aksiyası keçirilir.

İran prezidenti Həsən Ruhani yaranmış duruma görə ölkə əhalisindən üzr istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!