İyulun 10-na keçən gecə İranda - Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar baş verib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, gecə saat 2 radələrində baş verən partlayışlardan dərhal sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. Qüds və Şəhriyar rayonlarında da elektriklər kəsilib.
Partlayışların təfərrüatları məlum deyil. Marqarita pizza
İranda son günlər bir-birinin ardınca partlayışların baş verməsi birmənalı qarşılanmır.
Xatırladaq ki, daha öncə İranın yeni silahları, ballistik raketləri hazırladığı İnqilab Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış baş verib. İyulun 2-də Natanz nüvə mərkəzində zənginləşdirilmiş uran əldə etmək üçün istifadə edilən qaz ehtiyatlarının saxlanıldığı binada partlayış olub.
Telegram kanalımız