İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

Maraqlı

10 İyul 2023 17:43 970


İranın İsfahan əyalətində əyləncə parkında attraksionun qırılması nəticəsində azı doqquz yeniyetmə xəsarət alıb. 

Məlumata görə, istismar zamanı zəncirli karusel sıradan çıxıb və onun üzərində olan hər kəs hündürlükdən yerə yıxılıb. Zərərçəkənlərin yaşı 13-15 arasında olub. Onlardan altısı qız və üçü oğlandır.

Yeniyetmələr bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər. Dördpendirli pizza

Hadisənin səbəbləri araşdırılır. Əyləncə parkı hazırda bağlıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!