İranda Azərbaycan əleyhinə danışan əyalət mollası İSTEFA VERDİ

saytların hazırlanması

Evə çatdırılma

İranda Azərbaycan əleyhinə danışan əyalət mollası İSTEFA VERDİ

Dünya

28 Yanvar 2025 10:19 2491


İranın Qəzvin şəhərinin imam cüməsi istefa verib.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

İmam cümə Əbdül Kərim Abedini missiyasının sona çatdığını bildirib. O, 10 ildir İran ali liderinin Qəzvindəki nümayəndəsi kimi çalışdığını deyib və yerinə gələcək şəxsə uğurlar arzulayıb. Sezar pizza

O, istefasının səbəblərini açıqlamayıb.

Xatırladaq ki, ötən günİranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan  Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!