İranda azərbaycanlı rəssam təqiblə üzləşir

saytların hazırlanması

Evə çatdırılma

İranda azərbaycanlı rəssam təqiblə üzləşir

Dünya

29 May 2025 00:35 559


Güney azərbaycanlı rəssam İranda təqiblə üzləşib.

Yenisabah.az "Azad İran"a istinadən xəbər verir ki, Təbrizin ETTELAAT (Təhlükəsizlik) İdarəsinin məmurları güneyli incəsənət xadimi Fatimə Dadaşzadənin atasının evində axtarış aparıb və onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, güneyli rəssam Fatimə Dadaşzadə əvvəllər də Təhlükəsizlik İdarəsinə çağırılıb. O, keçən il Novruz bayramında böyük yumurtaşəkilli fiqurları türk simvolları və Novruz elementləri ilə rənglədiyinə görə, "separatçılıq" və "ərazi bütövlüyünə qarşı təhdid"də günahlandırılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!