İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb

saytların hazırlanması

Evə çatdırılma

İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb

Dünya

25 Yanvar 2021 15:34 582


İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 57 481 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 309 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 379 286 nəfərə çatıb. Virus daşıyıcılarından 4 057 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Dominos pizza

İranda indiyədək 1 171 070 nəfər koronavirusdan sağalıb, 8,96 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!