İranda bir gündə 265 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda bir gündə 265 nəfər koronavirusdan öldü

Dünya

16 Oktyabr 2020 16:50 1387


İranda ötən sutka ərzində 265 nəfər koronavirusdan (COVID 19) ölüb.

Yenisabah.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 29 870 nəfərə çatıb. 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 552 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 522 387 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 684 nəfərin vəziyyəti ağırdır. Toyuqlu pizza

İranda indiyədək 420 910 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,45 milyondan çox diaqnoz testi həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!