İranda bir gündə 529 nəfər koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

İranda bir gündə 529 nəfər koronavirusa yoluxdu

Rəsmi

30 İyun 2022 14:34 810


İranda ötən sutka ərzində 529 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 389 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 176 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Dominos pizza

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,7 milyon təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!