İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub

Dünya

19 Yanvar 2021 15:36 685


İranda ötən sutka ərzində 5 917 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 342 134 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 272 nəfərin vəziyyəti ağırdır.

İranda ötən 24 saat ərzində 87 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 56 973 nəfərə çatıb. pizza hut

İranda indiyədək 1 131 883 nəfər koronavirusdan sağalıb, 8,63 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!