İranda bu gün yeddi məhkum dar ağacından asıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda bu gün yeddi məhkum dar ağacından asıldı

Hadisə

10 May 2023 21:57 938


Mayın 10-da səhər saatlarında Kərəc şəhərinin iki həbsxanasında yeddi məhkum edam edilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Bildirilir ki, məhkumlardan dördü Rəcaişəhr, üçü isə Qızılhisar həbsxanalarında edam olunub. Onların narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunduqları bildirilir. Dominos pizza

Təşkilatın verdiyi məlumata görə, son 11 gün ərzində İranda 57 məhkum edam edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin son beş ayında 209 nəfərin edam edildiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!