İran polisi casusluqda şübhəli bilinən şəxsləri saxlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın Əliborz Komandanlığı məlumat yayıb.
Bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 41 nəfər şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Toyuqlu pizza
Məlumata görə, onların üzərindən Starlink modemləri, simsiz rabitə cihazları və xarici sim kartlar aşkarlanıb.
Həmçinin, İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, həyata keçirilən əməliyyatlar nəticəsində 97 nəfər saxlanılıb, bir nəfər isə öldürülüb.
Rəsmi məlumata görə, həmin şəxslər iğtişaşlar törətmək niyyətində olmaqda şübhəli biliniblər. Onların üzərindən silah və müxtəlif sursatların aşkarlandığı qeyd olunur.
Xuzistan əyalətində də silahlı qruplar müəyyən edilərək zərərsizləşdirilib. Əməliyyat zamanı partlayıcı qurğular, avtomat silahlar və digər avadanlıqların götürüldüyü açıqlanıb.
Eyni zamanda, ölkənin cənub-şərqində keçirilən birgə əməliyyat nəticəsində 13 nəfərin saxlanıldığı, bir nəfərin isə öldürüldüyü qeyd edilib.
Faktlarla bağlı araşdırmaların davam etdiyi bildirilir.
Aytac Əliyeva
Telegram kanalımız