İranda bayram tonqalları bu il də itkisiz ötüşməyib.
Yenisabah.az lent.az-a istinadla xarici mediaya istinadla bildirir ki, keçirilən Novruz tədbirlərində 8 nəfər ölüb, 900 nəfər yaralanıb.
Bu barədə ölkənin Təcili Tibbi Yardım qurumunun direktoru Pir Huseyn Qulivənd məlumat verib. O bildirib ki, Novruz tonqallarında baş verən bədbəxt hadisələr nəticəsində 72 nəfər müxtəlif bədən üzvlərini itirib. 234 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 300 nəfər isə gözündən yaralanıb. Dördpendirli pizza
Qeyd edək ki, İranda Novruz tədbirləri xüsusi təmtəraqla keçirilir. Hər il bu tədbirlər zamanı bir neçə insan həlak olur və ya yaralanır. Ötən il 3 nəfər ölüb, 1403 nəfər isə yaralanmışdı.
Telegram kanalımız