İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 179 nəfər vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 13 211 nəfərə çatıb. Dördpendirli pizza
İranda son sutka ərzində koronavirusa 2 521 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 262 173 nəfərə çatıb.
Qeyd edək ki, koronavirusa görə İranın 25 əyalətində “qırmızı” təhlükə səviyyəsi elan olunub. APA
Telegram kanalımız