İranda daha bir SEPAH polkovniki öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda daha bir SEPAH polkovniki öldürüldü

Rəsmi

19 Noyabr 2022 12:12 948


Noyabrın 18-i axşam saatlarında İranın Kermanşah əyalətinin Səhnə şəhərində İran İnqilabının Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəisi polkovnik Nadir Beyrami öldürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Səhnə şəhərinin fərmandarı Cahanbəxş Zəngənətəbar mediaya verdiyi açıqlamada polkovnikin soyuq silahla öldürüldüyünü deyib. Toyuqlu pizza

Onun sözlərinə görə, qətli törədənlər həbs edilərək aidiyyatı qurumlara təhvil veriliblər.

Qeyd edək ki, noyabrın 17-də Kürdüstan əyalətinin Sənəndəc şəhərində polis polkovniki Hüseyn Yusifi, İsfahanda isə polis qüvvələrinin xüsusi bölməsinin polkovniki İsmayıl Çıraği də öldürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!