İranda ərzaq qiyamı    - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

İranda ərzaq qiyamı - Ölən var

Rəsmi

14 May 2022 23:55 306


İranın bir sıra şəhərlərində ərzaq qiymətlərinin artması ilə bağlı etirazlar şənbə günü də davam edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Etirazlar əsasən ölkənin şimalındakı Rəşt şəhəri, mərkəzdə yerləşən Farsan şəhəri və şimal-şərqdəki Neyşabur şəhərində baş verib. pizza

Etirazlara ötən həftə idxal olunan buğdaya dövlət subsidiyalarının kəsilməsi səbəb olub. Bu qərar un məmulatlarının qiymətinin 300%-ə qədər artması ilə nəticələnib. İran hökuməti yağ və süd məhsulları kimi əsas malların qiymətlərini də qaldırıb.

İranlı deputat Əhməd Avai IRNA xəbər agentliyinə bildirib ki, Dezful şəhərində mitinqlər zamanı bir nəfər ölüb.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!