İranın İnsan Haqları Qrupu 11-ci gününə daxil olan etirazlar zamanı azı 76 etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.
Yenisabah.az xəbər verir ki, İranın Norveçdə yerləşən İnsan Haqları ( IHR ) təşkilatının rəsmiləri hökuməti müxalifəti yatırmaq üçün qeyri-mütənasib güc və real sursatdan istifadə etməkdə ittiham edib.
Dövlət mediası ölənlərin sayının 41-ə çatdığını bildirib. Toyuqlu pizza
Yüzlərlə insan, o cümlədən 20 jurnalist həbs edilib.
BMT-nin insan haqları ofisi həmçinin hakimiyyətin zorakı reaksiyasından çox narahat olduğunu bildirib və onları dinc etiraz hüququna hörmət etməyə çağırıb.
Sentyabrın 17-də Məhsa Əmininin dəfn mərasimindən sonra hökumət əleyhinə nümayişlər İranın 80-dən çox şəhər və qəsəbəsinə yayılıb.
Telegram kanalımız