İranda etiraz dalğası genişlənir:   Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

İranda etiraz dalğası genişlənir: Ölən və yaralananlar var

Rəsmi

23 İyul 2021 21:28 2259


Iranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.

Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb. Dördpendirli pizza

Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı qeyd edilib.

İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.

Xuzistandakı etirazlarla əlaqədar bir açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını açıqlayıb. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!