İranda etirazlar davam edir: Bu dəfə pensiyaçılar

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazlar davam edir: Bu dəfə pensiyaçılar

Rəsmi

06 İyun 2022 19:02 1055


İranda pensiyaçılar yaşayış xərclərinin artmasına etiraz ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin "Fars" informasiya agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, nümayişçilər Təbriz şəhərində “xərclərimiz dollarla, gəlirimiz rialladır” şüarı səsləndiriblər. Pepperoni pizza

"1000-ə yaxın təqaüdçü dinc şəkildə etiraz etmək üçün toplaşıb və polisin müşayiəti ilə aksiya keçirib", - deyə agentlik bildirib.

Sosial şəbəkələrdəki paylaşımlarda Qəzvin, Şiraz, Şuştər və digər şəhərlərdə keçirilən aksiyalarda hökumətə, habelə prezident İbrahim Rəisinin iqtisadi idarəçiliyinə qarşı şüarlar səsləndirildiyi qeyd olunub.

Ölkənin Əmək, Rifah və Sosial Müdafiə Nazirliyi pensiyaları 57,4% artıraraq ayda 55,8 milyon riala (177 dollar) çatdırdığını bəyan edib. Amma təqaüdçülər deyirlər ki, kəskin inflyasiyanın öhdəsindən gəlmək üçün bu məbləğ çox azdır.

Qeyd edək ki, İranda bir neçə həftədir etiraz aksiyaları keçirilir. Hökumət aksiyaların xarici düşmənlər tərəfindən təşkil edildiyini düşünür.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!