İranda etirazlarda ölənlərin sayı   5 000-ə çatıb - ŞOK XƏBƏR YAYILDI

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazlarda ölənlərin sayı 5 000-ə çatıb - ŞOK XƏBƏR YAYILDI

Hadisə

18 Yanvar 2026 16:08 2125


İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən İran rəsmisinə istinadən bildirib.

Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib. Pepperoni pizza

Rəsmi şəxs qeyd edib ki, ən ağır toqquşmaların bəziləri və ən yüksək ölüm sayı separatçıların aktiv olduğu İranın şimal-qərbində qeydə alınıb.

HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını bildirib. Həmçinin İranda 24 000-dən çox insanın həbs olunduğunu da bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!