İranda güclü daşqınlar: 10-dan çox əyalət zərər çəkdi

saytların hazırlanması

Evə çatdırılma

İranda güclü daşqınlar: 10-dan çox əyalət zərər çəkdi

Hadisə

25 Aprel 2024 20:31 602


İranın bir sıra əyalətlərində, xüsusən də mərkəzi və cənub-şərq bölgələrində iki gün öncə başlayan leysan nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb. Marqarita pizza

“Son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib. Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəlucistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan daşqınlara səbəb olub”, - deyə İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!