Azərbaycanın Zəncan şəhərində etiraz aksiyası zamanı rejim gücləri tərəfindən güllələnən təqaüddə olan azərbaycanlı müəllim Rəsul Həddadi Musəvi xəstəxanasında həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Xəbərə görə, oktyabrın 26-da keçirilən aksiya zamanı boyun nahiyəsindən güllə yarası alan Rəsul Həddadi Musəvi komaya düşüb və beyin ölümü keçirib. Marqarita pizza
Zənganlı fəallar təhlükəsizlik qüvvələrinin 66 yaşlı müəllimin ailəsini hədələdiklərini, onlara məsələni ictimailəşdirməmək üçün təzyiq etdiyini bildirirlər.
Qeyd edək ki, mərkəzi ofisi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı oktyabrın 31-ə olan məlumatına görə, son 43 gün ərzində İranda hökumət qüvvələri tərəfindən 283 nəfərin öldürüldüyünü açıqlayıb./Bakupost.az
Telegram kanalımız