İranda həbs olunmuş iki Naxçıvan sakini sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda həbs olunmuş iki Naxçıvan sakini sərbəst buraxıldı

Hadisə

19 Avqust 2023 16:20 620


Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, həmyerlilərimiz ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və onlar Vətənə qayıdıblar.

Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. Əvvəlcə Poldəşt şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar. İyul ayında isə onlar məhkəmə üçün Xok şəhərinə gətiriliblər. Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. 4 aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev və Rövşən Seyidov məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdular. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!