İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova Tehrandakı Evin həbsxanasından çıxarılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə İrandan kənarda fəaliyyət göstərən müxalifət nümayəndələri sosial şəbəkədə məlumat yayıb.
Onların sözlərinə görə, V. Yusifova iyunun 16-da ölkəsinə göndərilmə adı ilə həbsdən naməlum yerə aparıblar. Pepperoni pizza
Xatırladaq ki, 31 yaşlı V. Yusifova Türkiyədən qayıdarkən həbs edilib. O, əvvəlcə şəxsiyyətini təsdiq edən sənədlərin düzgün olmamasında, daha sonra narkotik saxlamaq və casusluqda ittiham olunub.
Ötən həftə İran səfiri Abbas Musəvi Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşdə məhkumların məsələsini müzakirə edib. Ola bilsin ki, V. Yusifova məhbus mübadiləsui çərçivəsində Azərbaycana təhvil veriləcək.
Telegram kanalımız