İranda həbsxanada üsyan - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İranda həbsxanada üsyan - Fotolar

Hadisə

30 Sentyabr 2023 22:07 865


Ərəblərin kompakt yaşadığı İranın Xuzistan əyalətindəki həbsxanasında məhbuslar üsyan edib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, üsyan məhbuslar haqda edam hökmünün çıxarılmasında sonra baş verib.

Həbsxanadan atəş səslərinin eşidildiyi, məhbuslara qarşı odlu silahlardan istifadə edildiyi bildirilir. Toyuqlu pizza

İranın "Mehr" xəbər agentliyi üsyan və atəş səsləri barədə məlumatı təsdiqləsə də, ölü və yaralı sayı barədə heç nə yazmayıb.

Sistan-Bəlucistan əyalətinin Baş Prokurorluğu bəzi şəxslərin xaos yaratmaq istədiyini, lakin vətəndaşların bu çağırışlara qatılmadığını və şəhərdə vəziyyətin sakit olduğunu iddia edib.

Baş Prokurorluq sosial şəbəkələrdə paylaşılan görüntülərin köhnə olduğunu iddia edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!