İranda hərbi gəmi batdı

saytların hazırlanması

Evə çatdırılma

İranda hərbi gəmi batdı

Rəsmi

02 İyun 2021 10:59 1186


İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xark gəmisi ölkənin cənubunda Oman körfəzində yanaraq batıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə İran Ordusu açıqlama yayıb.

Məlumata görə, Xark gəmisində baş verən yanğını söndürmək mümkün olmayıb və gəminin ekipajı xilas edilib. pizza sifarişi

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki, 33 min tonluq yanacaq təminatı və dəstək gəmisi olan Xark gəmisi 1977-ci ildə Britaniyada hazırlanıb və 1984-cü ildə İrana təhvil verilib. Bu gəmi İran ordusunun Məkran gəmisindən sonra ikinci gəmisi hesab olunurdu. Gəmi generator və buxar sistemi ilə saatda 6 min kilovat saat elektrik istehsal edə bilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!