İranda iki “Mossad” agenti saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda iki “Mossad” agenti saxlanıldı

Dünya

15 İyun 2025 14:09 422


İranın xüsusi polis qüvvələri ölkənin mərkəzindəki Əlborz vilayətində İsrailin Mossad kəşfiyyat xidmətinin iki agentini saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Əlborz əyaləti polisinin kəşfiyyat bölməsinin işi sayəsində Savoybolaqda bomba, partlayıcı maddələr və elektron avadanlıqların yaradılması ilə məşğul olan “Mossad” qrupunun iki üzvü saxlanılıb”, - məlumatda bildirilib. Dominos pizza

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!