İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldü

Hadisə

01 İyun 2023 22:04 1002


İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: Sezar pizza

“Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsulluğumuz da bu barədə İranın adiyyəti qurumlarına müraciət edib”.

Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır:

“İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik”.

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!