İranda itkin düşən Fərid Səfərli ilə bağlı müəmma davam edir - Anasından   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İranda itkin düşən Fərid Səfərli ilə bağlı müəmma davam edir - Anasından AÇIQLAMA

Hadisə

27 Mart 2023 18:50 929


“Oğlum, 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlu İrandan Almaniya geri dönmək üçün aldığı təyyarə biletindən istifadə etməyib”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Dilarə Əskərova bildirib. 

Onun sözlərinə görə, oğlunun yaşadığı Yena şəhərinə gedib, polislə danışıb: pizza mizza

“Mənə dedilər ki, Türkiyənin hava yollarından birinə bilet alıb, amma minməyib. Oğlumun yaşadığı evdən kompüterini götürdük, polis parolu açdırdı. Qız barədə məlumatlar verdi.

Daha sonra mən İrana gəldim və qızın çalışdığı iş yerinə getdim, telefon nömrəsinə görə yaşadığı ünvanı dəqiqləşdirmək istədim, alınmadı. Hazırda İrandayam, heç bri məlumat ala bilmirəm”. 

Qeyd edək ki, martın 4-də itkin düşən 26 yaşlı Fərid Səfərli ilə bağlı Xarici İşlər Nazirliyi martın 9-da bu ölkəyə nota verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!