İranda koronavirus qurbanlarının sayı 54 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirus qurbanlarının sayı 54 mini keçdi

Dünya

22 Dekabr 2020 14:37 720


İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 003 nəfərə yüksəlib. Dördpendirli pizza

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 170 743 nəfərə çatıb. Virus daşıyıcılarından 5 467 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 903 998 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,14 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!