İranda koronavirus səbəbiylə 36 min məhbus sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirus səbəbiylə 36 min məhbus sərbəst buraxıldı

Dünya

20 İyul 2020 23:45 875


"İran hakimiyyəti həbsxanalarda koronavirusun yayılmasına qarşı mübarizənin yeni mərhələsi çərçivəsində təqribən 36 min məhkumu müvəqqəti sərbəst buraxıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin həbsxana təşkilatının rəhbəri Mehdi Hac-Məhəmmədi açıqlama verib.

"İyulun 8-dən etibarən 36 283 məhkum müvəqqəti azadlığa buraxılıb",-deyə Mehdi Hac-Məhəmmədi qeyd edib. Azad edilənlər arasında həm yeni həm də daha əvvəl sərbəst buraxılan və müddəti uzadılan məhbuslar olduğu bildirilib. Dördpendirli pizza

Modern.az yazır ki, bundan əvvəl İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmaili, İran hakimiyyətinin, məhkumlar arasında koronavirusun yayılmaması üçün iyulun 8-dən bu yana həbsxanalardakı məhbusların sayını azaltmağa davam etdiklərini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!