İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 45 255 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 12 460 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 866 821 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 812 nəfərin vəziyyəti ağır qiymətləndirilir. pizza
İndiyədək 610 406 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,82 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 27 vilayət qırmızı, 4 vilayət narıncı zona elan olunub.
Telegram kanalımız