İranda koronavirusa yoluxma faktı aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusa yoluxma faktı aşkarlandı

Dünya

19 Fevral 2020 15:56 834


Son iki gündə İranın Qum şəhərində koronavirusa yoluxma şübhəsi ilə bağlı bir neçə hal qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur. "Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu", - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib. Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərin aparılacağı vurğulanıb. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!